Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
18 2024 12:29

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bildirilib ki, Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.


30 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + VİDEO

Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

30 Apr 2024
Cəmiyyət

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

30 Apr 2024
Cəmiyyət

Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar ki, yox səviyyəsindədir”.